16 yaşlı 3 oğlandan DƏHŞƏTLİ ƏMƏL: eyni qıza...


Digərləri 13 Okt 2018 17:48:00 225 0

16 yaşlı 3 oğlandan DƏHŞƏTLİ ƏMƏL: eyni qıza...

Bakıda cinayət törətməkdə təqsirli bilinən paytaxt sakini, 2000-ci il təvəllüdlü İlham Rəhimov, Zaqatala rayon sakini, 2000-ci il təvəllüdlü Mahmud Aydınov və paytaxt sakini, 2000-ci il təvəllüdlü Mübariz Zalovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Qız üstündə dava

Son.az xəbər verir ki, 2016-cı ilin may və sentyabr aylarında İlham Rəhimov və Fərid Ələkbərovun arasında hər ikisinin sevdiyi eyni qıza görə mübahisələri olub.

Bu səbəbdən Fərid Ələkbərov İlham Rəhimovu döyüb. İlham Rəhimov dostları Mahmud və Mübarizlə birlikdə döyülməsinin səbəbini aydınlaşdırmaq məqsədilə Fəridlə görüşmək istəyib.

Həmyaşıdlarını küçədə döydülər

Onlar 3 oktyabr 2016-cı il tarixdə, saat 19 radələrində Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi 56 ünvanının qarşısında Fərid Ələkbərovla görüşüblər. Bu zaman gənclərin arasında əvvəlcə mübahisə yaranıb. Mübahisə sonradan əlbəyaxa davaya çevrilib. Dava zamanı onlar Fərid Ələkbərovu sifətindən və bədəninin müxtəlif nahiyələrindən yumruq, təpik və daş parçası ilə bir neçə dəfə vurublar.

Çoxsaylı xəsarətlər

Daha sonra onlar Fərid Ələkbərovu yerə yıxıb, yenidən çoxsaylı zərbələr endiriblər. Baş verən döyülmə zamanı Fərid Ələkbərov çoxsaylı bədən xəsarəti alıb.

Fərid Ələkbərov vaxtında xəstəxanaya çatdırılıb. Ona tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub. Polis cinayət törədənləri həbs edib.

İstintaq orqanı tərəfindən İlham Rəhimov, Mahmud Aydınov və Mübariz Zalova qarşı Cinayət Məcəlləsinin 126.2.1-ci (iki və ya daha çox şəxsə qarşı, habelə təkrar və ya bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

"İlham isə Anastasiyanı narahat edib"

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilən Fərid Ələkbərov bildirib ki, İlham Rəhimovu təxminən üç il əvvəl tanıyıb, onunla normal münasibətləri olub: "Sonradan Anastasiya adlı qıza görə İlhamla aramızda mübahisə baş verdi. Mənim Anastasiya ilə münasibətim olub, İlham isə Anastasiyanı narahat edib".

"Anastasiya ilə görüşüb, söhbət edə biləcəyini dedi"

Zərərçəkmişin sözlərinə görə, təxminən 2016-cı il sentyabr ayının 30-da İlham Rəhimovla zəngləşib, həmin gün saat 15-16 radələrində Nizami rayonu ərazisində, 214 nömrəli məktəbin yaxınlığında görüşüb: "Həmin yerə tək getmişdim. İlham isə oraya dostları ilə gəlmişdi. Mən İlhamdan Anastasiyanı narahat etməməyi tələb etdim. O, isə əvəzində Anastasiya ilə görüşüb, söhbət edə biləcəyini dedi. Bu səbəbdən aramızda mübahisə yarandı. Bu zaman İlham məni vurmaq istəyəndə, mən də bir dəfə yüngülcə onun başından şillə vurdum. Dostları araya girdi, dalaşmağa qoymadılar. Sonra İlhamla barışdım və mehriban görüşərək ayrıldıq".

Anastasiyadan uzaq durmasını...

Fərid Ələkbərov qeyd edib ki, oktyabrın 2-də İlham Rəhimov ona zəng edib, görüşmək istədiyini deyib: "Buna görə də İlhamla oktyabrın 3-də, saat 18 radələrində Nərimanov rayonu ərazisində, "Metropark" ticarət mərkəzinin qarşısında görüşüb, söhbət etməyi razılaşdıq. Həmin gün, saat 18.40-da "Metropark"ın qarşısına getdim. İlham ora öz dostları Mübariz Zalov və Maqa ləqəbi ilə çağırdıqları Mahmud Aydınov ilə gəldiyini gördüm. Onlara yaxınlaşaraq, salamlaşdım. İlham söhbət etmək üçün "McDonalds"a tərəf getməyi təklif etdi, oraya gedəndə İlhamın dostu Oleq də gəldi. Birlikdə "McDonalds"a tərəf piyada getməyə başladıq. Həmin vaxt Mübariz və Mahmud da Anastasiyanı sevdiyini dedi, mənim nə üçün İlhamın Anastasiyadan uzaq durmasını tələb etdiyini soruşdu".

"Məni dəmir barmaqlıqlı qapıya tərəf itələyərək apardılar"