Xarici ölkələrin Azərbaycandakı hərbi attaşeləri hərbi hissədə olublar (FOTO)


Digərləri 13 Okt 2018 16:03:00 311 0

Xarici ölkələrin Azərbaycandakı hərbi attaşeləri hərbi hissədə olublar (FOTO)

Ölkəmizdə akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşelərinin hərbi hissəyə tanışlıq səfəri təşkil olunub.

Bakı. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına əsasən, ölkəmizdə akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşelərinin hərbi hissəyə tanışlıq səfəri təşkil olunub. Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində 15 dövləti təmsil edən hərbi attaşelik aparatlarının 22 nümayəndəsinə hərbi hissə haqqında brifinq verilib. Sonra onlar burada şəxsi heyət üçün yaradılan şərait və hərbi hissənin silahlanmasında olan döyüş texnikası ilə tanış olublar.