Sabiq prezidentdən etiraf - Barcelona məni məyus etdi


İdman 13 Okt 2018 15:42:00 296 0

Sabiq prezidentdən etiraf - Barcelona məni məyus etdi

İspaniya La Liqasının bir neçə qarşılaşmasının ABŞ-da keçiriləcəyi ilə bağlı məlumat vermişdik.

Goal.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Barcelona-nın keçmiş prezidenti Joan Qaspart bu qərarla bağlı La Liqa rəhbərliyini tənqid edib:

“Bu fikri dəstəkləyənlər futboldan anlamırlar. İspaniya futbolu İspaniyada oynanılmalıdır, kənarda yox. Futbol təkcə pul demək deyil, həyatın bir hissəsidir. Barcelona-nın bu qərara etiraz etməməsi məni məyus etdi. Hətta bu qərarı müsbət qarşıladılar. La Liqanın başlanğıcında belə bir qərar qəbul etmək sadəcə, rüsvayçılıqdır. Yəqin ki, bütün bunlar ancaq pulla bağlıdır”.

La Liqanın 21-ci turunun Barcelona - Girona qarşılaşması Mayamidə baş tutacaq. La Liqa rəhbərliyi mövsüm ərzində 20-yə yaxın oyunun ABŞ və Kanadada keçirilməsini planlaşdırır.