Camal Qaşıqçının qətlinin səs yazısı onun “Apple Watch” saatına yazılıb


Dünya 13 Okt 2018 15:39:00 292 0

Camal Qaşıqçının qətlinin səs yazısı onun “Apple Watch” saatına yazılıb

"Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna daxil omazdan əvvəl jurnalist Camal Qaşıqçı "İPhone" smartfonunu nişanlısına verib və "Apple Watch" saatını isə səsyazan rejiminə keçirib".

Son.az report-a istinadən xəbər verir ki, bunu Türkiyənin hüquq-mühafizə orqanlarından bildiriblər.

Bildirilib ki, itkin düşmüş sayılan jurnalistin qolunda qalan "Apple Watch" saatı smartfonla sinxronlaşdırılıb: "Nəticədə sorğu-sualın audioyazsı, işgəncə və jurnalistin qətli "iPhone"a ötürülüb, sonra isə avtomatik olaraq "Apple iGloud" əlavəsinə yüklənib".