Seysmoloji Mərkəz sürüşmə zonasında gücləndirilmiş iş rejiminə keçib


Digərləri 13 Okt 2018 15:17:00 282 0

Seysmoloji Mərkəz sürüşmə zonasında gücləndirilmiş iş rejiminə keçib

Bakı şəhərinin Səbail rayonu ərazisində, Badamdar 20-ci sahə yolindakı sürüşmə təhlükəsinin artması ilə bağlı AMEA nəzdində Respublka Seysmoloji Xidmət Mərkəzi həmin ərazidə tədqiqat işlərini genişləndirib.

Son.az xəbər verir ki, Mərkəzdən Trend-ə verilən məlumata görə, AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişlinin göstərişi ilə mərkəzin çöl ekspedisiyasında olan ayrı-ayrı şöbələrinin əməkdaşları geri çağırılaraq, sürüşmə ərazisində aparılan tədqiqat işlərinə cəlb olunublar.

Hazırda Mərkəz əməkdaşları ərazidə gücləndirlmiş iş rejimində işləyirlər.


Xəbərə aid fotolar