Seysmoloji Mərkəz sürüşmə zonasında gücləndirilmiş iş rejiminə keçib (FOTO)


Digərləri 13 Okt 2018 15:00:00 243 0

Seysmoloji Mərkəz sürüşmə zonasında gücləndirilmiş iş rejiminə keçib (FOTO)

Seysmoloji Xidmət Mərkəzi ərazidə tədqiqat işlərini genişləndirib.

Bakı. Bakı şəhərinin Səbail rayonu ərazisində, Badamdar 20-ci sahə yolindakı sürüşmə təhlükəsinin artması ilə bağlı AMEA nəzdində Respublka Seysmoloji Xidmət Mərkəzi (RSXM) həmin ərazidə tədqiqat işlərini genişləndirib. Mərkəzdən Trend-ə verilən məlumata görə, RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişlinin göstərişi ilə mərkəzin çöl ekspedisiyasında olan ayrı-ayrı şöbələrinin əməkdaşları geri çağırılaraq, sürüşmə ərazisində aparılan tədqiqat işlərinə cəlb olunublar. Hazırda Mərkəz əməkdaşları ərazidə gücləndirlmiş iş rejimində işləyirlər.