Məhkumun həbs edilməmişdən əvvəl torpağa basdırdığı tüfəng tapıldı


Digərləri 13 Okt 2018 14:09:00 246 0

Məhkumun həbs edilməmişdən əvvəl torpağa basdırdığı tüfəng tapıldı

Məhkumun həbs edilməmişdən əvvəl torpağa basdırdığı tüfəng tapıldı.

Son.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

Penitensiar Xidmətin və Şəki Penitensiar müəssisəsinin əməliyyat aparatlarının və Daxili İşlər Nazirliyinin Zaqatala rayon Polis şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə 6 il müddətinə azadlıqdan məhrum edilmiş Mahmudov Qılman Rüfət oğlunun həbs edilməmişdən əvvəl yaşadığı Zaqatala rayonu Çardaxlar kəndinin fərdi yaşayış evinin həyətində olan ot tayasının altında torpağa basdırılmış tüfəng aşkar edilərək götürülüb.