DYP dayanma-durma qaydalarını pozaraq tıxaca səbəb olan sürücülərə müraciət edib (FOTO)


Digərləri 13 Okt 2018 14:02:00 275 0

DYP dayanma-durma qaydalarını pozaraq tıxaca səbəb olan sürücülərə müraciət edib (FOTO)

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi paytaxt ərazisində dayanma-durma qaydalarını pozaraq tıxaclara səbəb olan sürücülərə müraciət edib

Bakı. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi paytaxt ərazisində dayanma-durma qaydalarını pozaraq tıxaclara səbəb olan sürücülərə müraciət edib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə vətəndaşlar tərəfindən paytaxt ərazisində dayanma-durma qaydalarını pozan sürücülər və onların hərəkətin intensivliyinə yaratdıqları maneələr barədə çoxsaylı müraciətlər daxil olmaqdadır: "Bu məqsədlə idarə əməkdaşları tərəfindən müraciətlərin yerindəcə araşdırılması məqsədi ilə bəzi küçə və prospektlərdə müşahidələr aparılıb. Məlum olub ki, Bakının İsmayıl bəs Qutqaşınlı, Bəxtiyar Vahabzadə (xüsusən Bakı Dövlət Universiteninin qarşısı), Şərifzadə küçələrində, eləcə də Qara Qarayev prospektlərində dayanma-durma və parklanma qaydaları kobud şəkildə pozulur. Müşahidələrin aparıldığı Yasamal rayonu İsmayıl bəy Qutqaşınlı küçəsində hərəkət ikitərəfli olsa da faktiki cəmi bir zolaq işləyir. Çünki, buradakı müxtəlif şirkətlər, tibb müəssisələri və digər obyektlərin qarşısı dayanacaq kimi istifadə olunur. Avtomobillər isə səkiyə paralel yox, perpendikulyar park edildiyindən nəqliyyat vasitələrinin hərəkətində problemlər yaranır. Qeyd etmək lazımdır ki, həmin ərazidə Yanğından Mühafizə Briqadası da yerləşir. Həmin qrumdan DYP-yə daxil olan müraciətdə küçədə qanunsuz park edilən avtomobillərə görə yanğınsöndürən avtomobillərinin normal hərəkətinin mümkünsüzlüyü qeyd olunur".