Nazirlik: Badamdarda sürüşmənin baş verdiyi ərazi sürüşməyə meyilli sahə olub


Digərləri 13 Okt 2018 13:35:00 230 0

Nazirlik: Badamdarda sürüşmənin baş verdiyi ərazi sürüşməyə meyilli sahə olub

Bakının Səbail rayonunda, Badamdar - 20-ci sahə yolunda sürüşmənin baş verdiyi ərazi sürüşməyə meylli sahə olub.

Bakı. İlhamə İsabalayeva - Bakının Səbail rayonunda, Badamdar - 20-ci sahə yolunda sürüşmənin baş verdiyi ərazi sürüşməyə meyilli sahə olub. Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib. Ə.Qaralovun sözlərinə görə, həmin ərazi hələ bu sürüşmə baş verməmişdən əvvəl ETSN tərəfindən hazırlanmış və Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş “Abşeron rayonunda sürüşməyə meyilli ərazilərin atlası”na daxil edilmişdi. Həmin atlasda sürüşməyə meyilli ərazinin konturları dəqiqliklə qeyd edilmişdi: