Sürüşmə hələ də davam edir


Digərləri 13 Okt 2018 13:14:00 223 0

Sürüşmə hələ də davam edir

Badamdar şossesindəki torpaq sürüşməsi bu dəqiqələrdə də davam edir. 

Sürüşmə zonasında yerləşən "Reyhan" restoranı üçün ciddi təhlükə yaranıb. Baş nazirin müavini Hacıbala Abutalıbov bildirib ki, hazırda onun fəaliyyəti dayandırılıb. 

Son.az xəbər verir ki, hadisə yerində olan qafqazinfo əməkdaşlarının məlumatına görə, ən təhlükəli vəziyyət məhz bu restoran ətrafındadır. "Reyhan"ın qarşısındakı torpaq uçqunu o qədər güclü olub ki, artıq asfaltın üstünə çıxıb.