"Odlar Yurdu" komandası şahmat üzrə Avropa çempionatına qələbə ilə başladı


İdman 13 Okt 2018 12:36:00 304 0

"Odlar Yurdu" komandası şahmat üzrə Avropa çempionatına qələbə ilə başladı

Yunanıstanın Xalkidiki şəhərində şahmat üzrə klublar arasında Avropa çempionatı start götürüb.

Goal.az xəbər verir ki, Azərbaycanın kişilərdən ibarət "Odlar Yurdu" komandası ilk görüşündə Finlandiyanın "Komeon" kollektivi ilə üz-üzə gəlib. 

Qarşılaşma "Odlar Yurdu" kollektivinin böyük hesablı qələbəsi ilə başa çatıb. 

"Odlar Yurdu" - "Komeon" (Finlandiya) - 6:0

Şəhriyar Məmmədyarov - Tapani Sammalvyo - 1:0

Rauf Məmmədov - Timo Lampen - 1:0

Eltac Səfərli - Harri Mansner - 1:0

Qədir Hüsyenov - Tommi Verkasalo - 1:0

Vasif Durarbəyli - Santul Kosmo - 1:0

Nicat Abasov - Kauko Kelo - 1:0. 

Qeyd edək ki, turnirdə, ümumilikdə, 73 klub yarışır. Onlardan 61-i kişilərin qrupunda, 12-si isə qadınların yarışında mübarizə aparır. Hər iki yarışda Azərbaycanı "Odlar Yurdu” komandaları təmsil edir.