"Qoyun olmayın! Müsəlmanlara işgəncə verin, öldürün, Məkkəni partladın" deyirdi,


Dünya 13 Okt 2018 12:29:00 245 0

"Qoyun olmayın! Müsəlmanlara işgəncə verin, öldürün, Məkkəni partladın" deyirdi,

"Qoyun olmayın, müsəlmanlara qarşı çıxın. Onlar sizi incidiblər, əzizlərinizi əlinizdən alıblar".

Son.az Metro-ya istinadla xəbər verir ki, yaşadığı şəhərdə yüzlərlə insana "müsəlmanların cəzalandırılma günü" adlı məktub göndərən, onlara qarşı nifrət oyadan 35 yaşlı Deyvid Parnhamın məhkəməsi keçirilib.

O, 2 il ərzində yüzlərlə insana aprel ayında müsəlmanların cəzalandırılması ilə bağlı məktub yazdığını hakim qarşısında etiraf edib.

İngiltərə mərkəzi şəhər məhkəməsində ifadə verən Deyvid həmçinin kraliçaya, Tereza Mey və Britaniya Mühafizəkarlar (Tori) Partiyasın üzvünə ağ toz göndərməkdə ittiham olunub.


Xəbərə aid fotolar