Azərbaycanın ilk orqanik şərabı – “Meysəri”nin təqdimatı olub


Digərləri 13 Okt 2018 12:10:00 573 0

Azərbaycanın ilk orqanik şərabı – “Meysəri”nin təqdimatı olub

Oktyabrın 12-də Dənizkənarı Milli Parkda yeni istifadəyə verilən "Milan Ekspo 2015" Azərbaycan Pavilyonunda "Meysəri" şərablarının təqdimatı olub.

Son.az Trend-ə istinadən bildirir ki, Milanda beynəlxalq sərgidə Azərbaycanın təbiəti və mədəniyyətinin müxtəlifliyini tanıdan pavilyon Bakıda qurulduqdan sonra burada ilk dəfə olaraq ölkəmizin yeni milli məhsulunun təqdimatının keçirilməsində də bir rəmzilik var idi.

Üzümçülük və şərabçılıq sahəsində vaxtilə qazandığı şöhrəti yenidən özünə qaytarmaq yolunda olan Azərbaycanda həm də bu sahədə yeni texnologiyalar tətbiq edilir. Belə ki, "Meysəri" Azərbaycanın ilk orqanik bioşərabı kimi yerli və dünya bazarına daxil olur.

"Meysəri" şərablarının istehsal olunduğu "Şirvan şərabları" MMC-nin üzümçülük və şərəbçılıq kompleksi avqustun 25-də açılıb. Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə açılışı olan "Şirvan şərabları" MMC-nin üzümçülük və şərabçılıq kompleksi bu sahənin keçmiş şöhrətini özünə qaytarmaq, şərabçılıq turizminin inkişafına töhfə verməklə yanaşı, xarici bazarlarda layiqli yer tutmağı qarşıya məqsəd qoyub.