Meşələrdə kameralar məhz hara quraşdırılacaq?


Digərləri 13 Okt 2018 12:14:00 286 0

Meşələrdə kameralar məhz hara quraşdırılacaq?

"Azərbaycan meşələrinin ən yüksək nöqtələrinə kameralar quraşdırılacaq".

Son.az bildirir ki, bunu Report-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.

Nazirlik sözçüsü bildirib ki, bu təcrübə dünyanın bir çox ölkəsində tətbiq olunub və müsbət nəticə əldə edilib: "Bunu həyata keçirməkdə məqsəd meşələrin effektiv mühafizə olunması, giriş və çıxışlarına nəzarət etmək, meşə ərazilərinin yanğından mühafizə edilməsi və profilaktikadır".