Azərbaycan Avtomobil Federasiyası XII Azərbaycan beynəlxalq təhsil sərgisində iştirak edir


Digərləri 13 Okt 2018 12:05:00 276 0

Azərbaycan Avtomobil Federasiyası XII Azərbaycan beynəlxalq təhsil sərgisində iştirak edir

Azərbaycan Avtomobil Federasiyası (AAF) Bakı Ekspo Mərkəzində keçirilən XII Azərbaycan beynəlxalq təhsil sərgisində ("Education 2018") iştirak edir.

Son.az xəbər verir ki, Federasiyadan Trend-ə verilən məlumata görə, "Uşaqların gələcəyinə sərmayə" devizi altında təşkil edilən sərgidə AAF-ın Beynəlxalq Avtomobil Federasiyasının (FIA) kampaniyaları çərçivəsində ölkəmizdə həyata keçirdiyi "Uşaqları xilas edək", "Təhlükəsiz məktəb yolları" və "Uşaqlar üçün sürəti azalt" layihələri təqdim olunur. Federasiyanın stendində, həmçinin uşaqlar üçün yol hərəkəti qaydaları barədə maarifləndirici nəşrlər təqdim edilir.