Hacıbala Abutalıbov: "Badamdarda sürüşmə ərazisinin yuxarı hissəsindəki evlərin heç birində yaşayış olmamalıdır"


Digərləri 13 Okt 2018 11:48:00 269 0

Hacıbala Abutalıbov: "Badamdarda sürüşmə ərazisinin yuxarı hissəsindəki evlərin heç birində yaşayış olmamalıdır"

Badamdar yolunun yuxarı hissəsində vəziyyət gərgindir. Belə ki, sürüşmə, demək olar, indi də davam edir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu sürüşmə zonasında olan Baş nazirin müavini Hacıbala Abutalıbov deyib.

Onun sözlərinə görə, çirkab suları təəssüf ki, bura axıdılır: "Çox təəssüf edirəm ki, bu günə qədər Badamdar qəsəbəsində, demək olar, kanalizasiya sistemi yoxdur. Elə ona görə də dünən müvafiq qurumların rəhbərlikləri ilə müzakirələr apardıq və qərara gəldik ki, bu yuxarı hissədəki evlərin heç birində yaşayış olmamalıdır. Yolun aşağı hissəsindəki restoran və çayxana fəaliyyəti dayandırılıb, çünki bu obyektlər tamamilə sürüşmə zonasındadır".

H.Abutalıbov həmin ərazidə yol hərəkətinin dayandırıldığını diqqətə çatdırıb. Onun sözlərinə görə, Bakı Nəqliyyat Agentliyinə göstəriş verilib ki, sərnişin avtobuslarının hərəkətini tamamilə başqa istiqamətə yönəltsinlər: "Böyük yarğınlar əmələ gəlib, yarğanların dərinliyi 4 və 6 metrdir, su ilə doludur. Su ilə gil sürüşmənin əsas şərtidir. Biz əlimizdən gələni edirik və xüsusi nəzarətdə saxlayırıq ki, hər hansı bir fəlakət olmasın".