Azərbaycan Avtomobil Federasiyası XII Azərbaycan beynəlxalq təhsil sərgisində iştirak edir (FOTO)


Digərləri 13 Okt 2018 11:45:13 215 0

Azərbaycan Avtomobil Federasiyası XII Azərbaycan beynəlxalq təhsil sərgisində iştirak edir (FOTO)

Azərbaycan Avtomobil Federasiyası XII Azərbaycan beynəlxalq təhsil sərgisində iştirak edir.

Bakı. Azərbaycan Avtomobil Federasiyası (AAF) Bakı Ekspo Mərkəzində keçirilən XII Azərbaycan beynəlxalq təhsil sərgisində (“Education 2018”) iştirak edir. Federasiyadan Trend-ə verilən məlumata görə, “Uşaqların gələcəyinə sərmayə” devizi altında təşkil edilən sərgidə AAF-ın Beynəlxalq Avtomobil Federasiyasının (FIA) kampaniyaları çərçivəsində ölkəmizdə həyata keçirdiyi “Uşaqları xilas edək”, “Təhlükəsiz məktəb yolları” və “Uşaqlar üçün sürəti azalt” layihələri təqdim olunur. Federasiyanın stendində, həmçinin uşaqlar üçün yol hərəkəti qaydaları barədə maarifləndirici nəşrlər təqdim edilir.