Eldar Əzizov: Kanalizasiya sisteminin olmaması sürüşmənin səbəblərindən biridir


Digərləri 13 Okt 2018 11:30:00 248 0

Eldar Əzizov: Kanalizasiya sisteminin olmaması sürüşmənin səbəblərindən biridir

Kanalizasiya sisteminin olmaması sürüşmənin səbəblərindən biridir.

Bakı. Ceyhun Ələkbərov, Elçin Mehdiyev - Ekspertlər Badamdar yolunda sürüşmənin səbəbini araşdırır, amma deyərdim ki, bu ərazidə kanalizasiya sisteminin olmaması səbəblərdən biridir. Trend-in məlumatına görə, bunu sürüşmə zonasında olan Bakı şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Eldar Əzizov deyib. O bildirib ki, hətta burada yaşayış olmayan zaman, XVIII əsrdə də sürüşmələr qeydə alınıb: “İnsanların fəaliyyəti sürüşmə prosesin sürətlənməsinə təkan verib. Bu sürüşməni yalnız kanalizasiya sisteminin olmaması ilə bağlamaq olmaz. Ekspertlər araşdırıb rəy bildirəcəklər. Hər halda bugünkü vəziyyət təhlükəlidir, ekspertlərin rəyi olduqdan sonra dəqiq nəsə deyə bilərik”. E.Əzizov vurğulayıb ki, bütün təhlükəsizlik tədbirləri görülür: “Gördüyünüz kimi, rayon və şəhər icra hakimiyyətlərinin, Nazirlər Kabinetinin və digər müvafiq qurumların nümayəndələri buradadır, postlar qurulub, proses müşahidə edilir”.