Nazirlikdən Badamdardakı sürüşmə ilə bağlı SON AÇIQLAMA: İnsanların həyatı üçün təhlükə yoxdur


Digərləri 13 Okt 2018 11:34:00 286 0

Nazirlikdən Badamdardakı sürüşmə ilə bağlı SON AÇIQLAMA: İnsanların həyatı üçün təhlükə yoxdur

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planaalma ekspedisiyasının mütəxəssisləri növbətçilik rejimində Badamdar - 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə sahəsində müşahidələri davam etdirirlər.

Bakı. İlhamə İsabalayeva - Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planaalma ekspedisiyasının mütəxəssisləri növbətçilik rejimində Badamdar - 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə sahəsində müşahidələri davam etdirirlər. Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Trend-ə bildirib ki, ən son məlumata görə, sürüşmənin dinamikasında aktivlik davam edir. Sürüşmə kütləsini saxlamaq üçün 2013 cü ildə inşa edilmiş istinad divarı yamac boyu 4-5 metr aşağıya irəliləmiş, həmin istinad divarında hipsometrik olaraq, sürüşmə kütləsi hərəkət edərək avtomobil yoluna tökülüb: