Azərbaycanda bəzi meşələrin girişində şlaqbaumlar quraşdırılıb


Digərləri 13 Okt 2018 11:14:00 277 0

Azərbaycanda bəzi meşələrin girişində şlaqbaumlar quraşdırılıb

Azərbaycanda bəzi meşə ərazilərinin intensiv giriş yollarına şlaqbaumlar quraşdırılıb.

Son.az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Trend-ə bildirib ki, meşələrin mühafizəsinin daha da gücləndirilməsi məqsədilə nəqliyyat vasitələrinin girişinin məhdudlaşdırılması və kənar müdaxilələrin qarşısının alınması üçün Şamaxı, İsmayıllı, Qəbələ, Şəki, Zaqatala, Oğuz rayonlarının meşə ərazilərinin intensiv giriş yollarına şlaqbaumlar quraşdırılıb, ağaclar əkilib:

"Hesab edirik ki, bu cür tədbirlərlə meşələrə müxtəlif müdaxilələrin qarşısı alınacaq və ərazilərin daim nəzarətdə saxlanması mümkün olacaq. Bu tədbirlər Respublikanın digər meşə ərazilərində də davam etdirilir".