Hacıbala Abutalıbov və Eldar Əzizov Badamdarda sürüşmə zonasında


Digərləri 13 Okt 2018 10:59:00 313 0

Hacıbala Abutalıbov və Eldar Əzizov Badamdarda sürüşmə zonasında

Azərbaycan Baş nazirinin müavini Hacıbala Abutalıbov və Bakı şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Eldar Əzizov Badamdarda sürüşmə zonasına gəliblər.

Son.az Trend-ə istinadən bildirir ki, hazırda Səbail rayonu, Badamdar şosesində (Badamdar - 20-ci sahəni birləşdirən yol) torpaq qatı asfaltın üstünə qədər gəlib.

Sürüşən torpaq qatının eni 250, uzunluğu 200, hündürlüyü isə 15 metrdən artıqdır. Sürüşmənin dinamikasında aktivlik davam edir.


Xəbərə aid fotolar