Şahzadənin toyu oldu milyonlar xərcləndi,


Digərləri 13 Okt 2018 10:34:00 293 0

Şahzadənin toyu oldu  milyonlar xərcləndi,

Kraliça İkinci Elizabetin nəvəsi şahzadə Yevgeniya dünən Vindzor Sarayında Cek Bruksbankla evlənib. Toy mərasimində bir çox tanınmış simalarla yanaşı Britaniya kral ailəsinin üzvləri də iştirak edib. Onlar arasında may ayında həmin sarayda evlənən şahzadə Harri və onun həyat yoldaşı Meqan da olub.

Son.az Voice of America-ya istinadən bildirir ki, kraliçanın üçüncü uşağı, şahzadə Endrü və onun keçmiş həyat yoldaşı York hersoginyası Sara Ferqussonun qızı 28 yaşlı Yucin 32 yaşlı Bruksbankla sarayın 15-ci əsrə aid Müqəddəs Corc Kilsəsində ailə qurub.

92 yaşlı şahzadə və onun 97 yaşlı həyat yoldaşı Filipdən əlavə toyda Hollivud ulduzları Liv Tayler və Demi Mur, modellər Keyt Moss və Naomi Kampbel, mügənni Elli Qouldinq iştirak edib.

Yevgeniyanın gəlinlik donu Piter Pilotto və Kristofer De Vos tərəfindən hazırlanıb. Donun kürək hissəsi bilərəkdən açıq qoyulub ki, şahzadənin uşaq ikən olduğu əməliyyat nəticəsində yaranan çapıqlar görsənsin. Yevgeniya kilsəyə atası şahzadə Endrü ilə daxil olub.

Vindzor yaxınlığında toplaşan insanlar mahnılar oxuyub və evlənən cütlüyə xoş diləklərini səsləndirib. Lakin orada şahzadə Harrinin toyundan daha az insan toplaşıb.

Mərasimin keçirildiyi məkana 1200 adi vətəndaş dəvət olunub.