Millətlər Liqasında III turun II günündə nəticələr


İdman 13 Okt 2018 09:38:00 252 0

Millətlər Liqasında III turun II günündə nəticələr

UEFA Millətlər Liqasında III turun növbəti matçları keçirilib.

Goal.az xəbər verir ki, ikinci oyun günündə 4 liqada 7 qarşılaşma baş tutub. Bu dəfə oyunlar elə də məhsuldar alınmayıb. Qapılara cəmi 9 qol vurulub.

Xorvatiya isə doğma azarkeşlər önündə İngiltərə ilə qolsuz heç-heçə edib. 

UEFA Millətlər Liqası, III tur

A Liqası

2-ci qrup

Belçika - İsveçrə - 2:1

Qollar: Romelu Lukaku, 58; 84 - Mario Qavranoviç, 76

Xal durumu: Belçika - 6 (2 oyuna), İsveçrə - 3 (2), İslandiya - 0 (2)

4-cü qrup

Xorvatiya - İngiltərə - 0:0

Xal durumu: İspaniya - 6 xal (2 oyuna), İngiltərə - 1 (2), Xorvatiya - 1 (2)

B Liqası

3-cü qrup

Avstriya - Şimali İrlandiya - 1:0

Qol: Marko Arnautoviç, 71

Xal durumu: Bosniya və Herseqovina - 6 xal (2 oyuna), Avstriya - 3 (2), Şimali İrlandiya - 0 (2)

C Liqası

2-ci qrup

Estoniya - Finlandiya - 0:1

Qol: Teemu Pukki, 90+1

 Yunanıstan - Macarıstan - 1:0

Qol: Kostas Mitroğlu, 65

Xal durumu: Finlandiya - 9 xal (3 oyuna), Yunanıstan - 6 (3), Macarıstan - 3 (3), Estoniya - 0 (3)

D Liqası

2-ci qrup

Belarus - Lüksemburq - 1:0

Qol: Anton Saroka, 43

Moldova - San Marino - 2:0

Qollar: Radu Ginsari, 31; 67

Xal durumu: Belarus - 7 xal (3 oyuna), Lüksemburq - 6 (3), Moldova - 4 (3), San Marino - 0 (3).