Keşiş Endryu Branson ABŞ prezidenti Donald Trampla görüşəcək


Dünya 13 Okt 2018 08:56:00 261 0

Keşiş Endryu Branson ABŞ prezidenti Donald Trampla görüşəcək

Türkiyədə casusluqda ittiham olunaraq azadlıqdan məhrum edilmiş, dünən isə azadlığa buraxılmış ABŞ vətəndaşı, keşiş Endryu Branson bu gün Ağ Evdə Birləşmiş Ştatların prezidenti Donald Trampla görüşəcək.

Son.az "Report"a istinadən bildirir ki,  bu barədə ABŞ-ın dövlət başçısı Donald Tramp NBC telekanalının efirində bildirib.

"Pastor Branson Türkiyədən təyyarə ilə yola düşüb. Mən düşünürəm ki, o, yaxşı formadadır. Çox güman ki, Branson müayinə üçün Almaniyada dayanacaq. Bundan sonra isə Oval Kabinetə gələcək. Ehtimal ki, bu, şənbə günü olacaq", - deyə Tramp bildirib.