Zülqərneyn kimdir?


Digərləri 13 Okt 2018 08:11:00 446 0

Zülqərneyn kimdir?

Zülqərneyn Quranda adı xeyirlə çəkilən böyük sərkərdə və hökmdar olub. Bir neçə istiqamətdə öz qoşunu ilə yürüş edib, qarşısına çıxan xalqları imana gətirib.

Son.az islam.az-a istinadən bildirir ki, Zülqərneynin ədalətli, imanlı və igid bir şəxs olması bildirilir. Bəzi hədislərdə onun Həzrət İbrahim Peyğəmbərlə (ə) müasir olması buyurulur. Alimlərin bir qismi Zülqərneyni Makedoniyalı İsgəndərlə eyniləşdirsələr də, bu, yanlışdır. Çünki Makedoniyalı İsgəndər mömin deyil, bütpərəst əqidəsində olmuşdur. Həm də onun yaşadığı dövr Həzrət İbrahimdən (ə) xeyli sonralara təsadüf edir.