"Formula 1"in çempionu cərimələnib


Digərləri 13 Okt 2018 08:14:00 236 0

"Formula 1"in çempionu cərimələnib

Finlandiyanın "Ferrari" komandasının 2007-ci ildə "Formula 1" yarışında qalibi olmuş Kimi Raykkonen İsveçrədə törətdiyi yol qəzasına görə cərimə edilib.

Son.az "Report"a istinadən bildirir ki, İsveçrənin Bar şəhərinin məhkəməsi idmançını bu ilin mayında baş verən yol qəzasına görə cəzalandırıb.

Məlumata görə, 38 yaşlı idmançı manevr zamanı idarə etdiyi nəqliyyat vasitəsini yolun kənarında dayanmış avtomobilə çırpıb. Məşhur idmançı bu qayda pozuntusuna görə, 350 İsveçrə frankı, ümumilikdə isə 7900 avro ödəməlidir.