İki yeni Huawei prosessoru buraxılıb


Digərləri 13 Okt 2018 08:15:00 281 0

İki yeni Huawei prosessoru buraxılıb

"Huawei" şirkəti süni intellekt sistemləri üçün "Ascend" prosessorlarını təqdim edib. Onlar "Qualcomm" və "NVIDIA" şirkətlərinin analoji həlləri ilə rəqabət aparacaq.

Son.az ICTnews-a istinadən bildirir ki, məlumata görə, "Ascend 910" çipi məlumat emalı mərkəzlərində istifadə, "Ascend 310" isə smartfon, "ağıllı" saat, "Əşyalar interneti" qurğuları və s. internetə qoşulan qurğular üçün nəzərdə tutulub.

"Ascend 910" prosessoru 7 nanometrlik, "Ascend 310" isə 12 nanometrlik texnoloji proses üzrə hazırlanıb. Bundan başqa, "Ascend 310" prosessorunun maksimal enerji sərfiyyatı 8 vatt təşkil edir.