Boşanma zamanı körpə uşaq kiminlə qalmalıdır?


Digərləri 13 Okt 2018 07:41:00 241 0

Boşanma zamanı körpə uşaq kiminlə qalmalıdır?

İslam şəriətinə görə, boşanma zamanı ailədə azyaşlı uşaq varsa, ana ilə qalması məsləhətdir. İslam.az-ın məlumatına görə, bəzi müctəhidlər qız uşağının yeddi yaşına kimi ana ilə qalmasını vacib bilirlər.

Son.az islam.az-a istinadən bildirir ki, bəziləri bunu ehtiyata əsasən, vacib sayırlar. Bəzi müctəhidlər isə uşağın cinsində fərq qoymadan, iki yaşına kimi körpəni anadan ayırmamağa fətva verirlər. Çünki övladın tərbiyəsi həm ataya, həm də anaya aid məsələdir. Alimlərin bəziləri bu zaman ananın ikinci dəfə ərə getməməsini şərt qoşurlar. Əgər ikinci dəfə ərə gedərsə, uşaq ata ilə qalır.