Təravih namazı nədir və necə qılınır?


Digərləri 13 Okt 2018 07:22:00 352 0

Təravih namazı nədir və necə qılınır?

"Təravih" ərəb dilində "istirahət etmək, dincəlmək" mənasını verir. Ramazan ayının  gecələrində  əhli-sünnə müsəlmanlar tərəfindən qılınan və təkid olunan sünnət sayılan namaza deyilir.

Son.az islam.az-a istinadən bildirir ki,Təravih namazı adətən 20 rükət qılınır. Rükətlərin sayının ikinci xəlifə Ömər ibn Xəttab tərəfindən təyin edildiyini yazırlar. Ənənəyə uyğun olaraq, 20 rükətlik təravih namazından sonra 3 rükətlik vitr namazı da qılınır. Təravih namazının hər 4 rükətindən sonra azacıq dincəlirlər ("təravih" sözü də buradandır). Təravih namazını qılarkən cüt rükətlərin sonunda salam vermək (yəni 10 salamla qılmaq) daha yaxşıdır.

Təravih namazının vaxtı işa namazından sübh namazına kimidir. Gecənin yarısından və ya gecənin üçdən-bir hissəsi keçdikdən sonra qılınması müstəhəbdir. Təravih namazının qılınma qaydası adi gündəlik namazlar kimidir. Əhli-sünnə məzhəbində bu namazı camaatla qılırlar.