Quran oxuyarkən dəstəmaz almaq lazımdırmı?


Digərləri 13 Okt 2018 07:11:00 296 0

Quran oxuyarkən dəstəmaz almaq lazımdırmı?

Ümumiyyətlə, dəstəmaz almaq dinimizdə bəyənilən əməldir. İslam.az-ın məlumatına görə, gün ərzində namazdan başqa vaxtlarda da müsəlmanın dəstəmaz alması, dəstəmaz pozulduqda təzələməsi müstəhəb sayılır.

Son.az islam.az-a istinadən bildirir ki, lakin namaz qılmaq, Quranın yazısına toxunmaq kimi əməllərdən ötrü dəstəmazlı olmaq vacibdir. Əgər Quran xəttinə toxunmadan oxuyarsa, dəstəmazlı olmaq vacib yox, müstəhəb sayılır.