Günün qoroskopu: daha çox gəlir əldə etməyə can atın


Digərləri 13 Okt 2018 00:01:00 227 0

Günün qoroskopu: daha çox gəlir əldə etməyə can atın

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - çətin, qarışıq gündür. Tapşırıqlarla sifarişlərin sayı artacaq. Tərəfdaş və ya şəriklərdən biri dəyişəcək. İşdə rəhbərliklə kəskin mübahisələr etməyin. Bilik və bacarıqlarınızı artırın. Təcrübənizdən yararlanın. Günün ikinci yarısında peşəkar məziyyətlərinizi zənginləşdirin. Həddən artıq təşəbbüskar olmayın. Situasiyanı adekvat dəyərləndirin. İdeyalarınızın dərhal anlaşılacağına, dəstəklənəcəyinə ümid etməyin.  Axşam saatları mühüm görüş üçün əlverişli deyil.

Buğa - əvvəlcədən hazırladığınız plana riayət edin. Qəfil təkliflərə aldanmayın. Avantüralar deyilənlərin tam tərsinə olaraq, gəlir vəd etmir. Nizamsız fəaliyyət uğurlarınızı heçə endirə bilər. Günün ikinci yarısında yeni sifarişin icrasına və ya layihənin reallaşdırılmasına başlamaq olar. Gərəkli nəticəni əldə etmək üçün aktiv olun. Cədlərinizin effektiv alınması üçün proseslərlə bağlı mümkün qədər çox məlumat toplayın. Yaxşı tanımadığınız insanlara etibar etməyin. Yaxın ətrafınızdakı insanlardan biri sizə yardım edəcək. Hisslərin etirafına tələsməyin.

Əkizlər - səhər saatları harmonikdir. Qarşıya qoyduğunuz məqsədə çatmaq üçün mövcud imkanlardan və münasib vasitələrdən istifadə edin. Kənar təsirlər işinizdə fəsadlar yarada bilər. Günün ikinci yarısında şübhə, narahatlıq, təşviş yaranacaq. Bədbinliyə qapılmayın.  Daşınmaz əmlak və maliyyə məsələləri axşam saatlarında narazılıq, qıcıq yaradacaq. Qohumlarınızın eqoist davranışlarına sinirlənməyin.

Xərçəng - intuisiyanıza güvənin. Hərdəmxayal olmayın, illüziyaları reallıq saymayın. Cari şəraitin diqtə etdiyi məsələlərin həllini ləngitməyin. Çətinlikləri aradan qaldırmaq üçün təxirəsalınmaz, təcili qərarlar verin. Günün ikinci yarısında vədlərinizi və öhdəliklərinizi unutmayın. Rutinlikdən qurtulmaq üçün kreativ ideyalardan faydalanın. Axşam saatlarında hisslərə qapılaraq emosiyaların əsrinə çevrilməyin. Fikirlərinizi daha aydın şəkildə izhar edin.

Şir - yaxın ətrafınızdakı insanlarla dil tapmaq üçün bu gün çalışmalı, səy göstərməli olacaqsınız. Sizi düzgün anlamır, layiq olduğundan az dəyər verir, hətta arabir inanmırlar da. Yaxınlarınız və dostlarınız sizə ifrat tələbkar insanlar təsiri bağışlayır. Onların sizdən nə gözlədiklərini anlaya bilməycəksiniz. İş yerində, təhsil müəssisəsində və evdəki mübahisələr sizə yaxşı təsir etməyəcək, əhvalınızı korlayacaq.

Qız - işgüzar danışıqlar, müzakirələr, bacarıqların nümayişi üçün əlverişli zamandır. Emosional fonu kontrolda saxlayın. Mübahisələrin konstruktiv məcrada olmasına çalışın. Gün bol sürprizlər vəd edir. Hadisələrin axarı pozitiv və ya mənfi ola bilər. Hər şey sizdən asılıdır. Çalışdığınız insanların məramlarına fikir verin. Münasibətləri balanslaşdırın. Yollarda ehtiyatlı olun. Axşam saatlarında sakit istirahət edin.