Orqanizmdə turşuluq yüksəkdirsə...


Digərləri 12 Okt 2018 23:51:00 282 0

Orqanizmdə turşuluq yüksəkdirsə...

Müasir formada olmasa da, antik dövrdə də vegetarianlıq elementləri olub. Həmin dövrün məlumatlarında müəyyən xəstəliklər zamanı vegetarianlığa bənzər pəhriz növlərinin tövsiyə olunması məlumdur. Lakin bəzi xəstəliklərdə heyvan mənşəli məhsullardan istifadə edilməsi vacibdir.

Son.az bildirir ki, bu barədə AZƏRTAC-a Azərbaycan Tibb Universitetinin qidalanma və kommunal gigiyena kafedrasının müdiri İbrahim Əhmədov məlumat verib.

O, deyib: "Vegetarianlıq növləri hər bir orqanizmə uyğun seçilməlidir. Məsələn, orqanizmdə turşuluq yüksəkdirsə, vegetarianlığın tətbiqi müsbət nəticə verir. Ciddi vegetarianlıq podaqra və böyrək daşı xəstəliklərində geniş tətbiq olunan vasitədir. Lakin ürək-damar sistemi xəstəlikləri, qaraciyər patologiyası, beyin qan dövranı pozuntuları zamanı eyni səviyyədə yanaşmaq düzgün deyil. Uşaqlar, inkişafda olan yeniyetmələr və çəki azlığı olanlar üçün həmin rejimə əməl etmək məqbul sayılmır".