Artrit xəstələrinin qidasında...


Digərləri 12 Okt 2018 23:29:00 251 0

Artrit xəstələrinin qidasında...

1996-cı ildən oktyabrın 12-si Dünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə bir çox ölkələrdə Dünya Artritlə Mübarizə Günü kimi qeyd edilir. Bu tarixin keçirilməsində əsas məqsəd revmatoloji xəstəliklər və artritin formaları haqqında insanları məlumatlandırmaqdır. Günün qeyd olunması xəstəliyin erkən diaqnostikası, profilaktikası, tibbi və sosial bərpası məsələlərinə diqqəti cəlb etmək, həkim, xəstə və ictimaiyyətin səylərinin birləşdirilməsi baxımından da vacibdir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, artrit bir və ya bir neçə oynağın ağrı və hərəkətin məhdudlaşması ilə müşahidə olunan ciddi iltihabi xəstəliyidir. O, əlillik və iş qabiliyyətinin itirilməsinə səbəb ola bilər. Oynaqların tez-tez təkrarlanan travmaları, fiziki gərginlik və irsiyyət xəstəliyin yaranma səbəblərindəndir. Bundan başqa virus və bakterial infeksiyalar, həddindən artıq soyuqlama, fiziki və psixi yüklənmə, siqaretə aludəçilik də xəstəliyin inkişafına səbəb ola bilər.

Son onillikdə dünyada sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəliklərinin artması müşahidə edilir. Bu problem sümük-əzələ, qan dövranı və tənəffüs sistemi xəstəliklərindən sonra üçüncü yerdədir. Yaranma səbəbləri və inkişaf mexanizmi tam öyrənilməyən artritin ömrü 3-7 il qısaltdığı sübut olunub. Ən təhlükəlisi isə odur ki, xəstəliyin risk qrupuna yaşından asılı olmayaraq hər kəs daxildir. Lakin artrit ən çox oynaqların revmatik xəstəliyinin yaranmasına səbəb olur ki, bu da 30-50 yaş arası insanlarda rast gəlinir. Kişilərə nisbətə qadınlarda bu xəstəliyə beş dəfə çox rast gəlinir.