Alim: "Günəş sistemindən kənarda yadplanetli sivilizasiyalar var" FAKTLAR


Digərləri 12 Okt 2018 23:33:00 507 0

Alim: "Günəş sistemindən kənarda yadplanetli sivilizasiyalar var"  FAKTLAR

Rusiyanın astronomiya institutunun direktoru Dmitriy Bisikalo bəyan edib ki, Günəş sistemindən kənarda müxtəlif yadplanetli sivilizasiyalar mövcuddur.

Son.az "ölkə.az"-a istinadən bildirir ki, Bisikalo qeyd edib ki, sadəcə yadplanetlilər Yer sakinləri ilə rabitə qurmaq istəmirlər.

"Mən bilirəm ki, yadplanetli sivilizasiyalar mövcuddur. Bizim sivilizasiya var, deməli anoloji sivilizasiyalar da mövcuddur. Kaliforniyanın Santa-Kruz universitetinin professoru Frenk Dreyk 1960-cı ildə yadplanetli sivilizasiyaların sayını hesablayan formul icad edib. Bu formula görə onlarla rabitəyə girmək olar", - deyə alim bildirib.