Göz yorğunluğu aradan qaldıran təbii üsullar


Digərləri 12 Okt 2018 23:36:00 523 0

Göz yorğunluğu aradan qaldıran təbii üsullar

"Gözlər qəlbin aynasıdır" bədii ifadə olsa da, həqiqətə də uyğundur. Gözlər insan simasında ən yaddaqalan nişanələrdən biridir. Gərgin iş günündən sonra gözlər hədsiz yorğun görünür, hətta bəzən qızarır, qaşınır, şişir, qaralır, görmə itiliyi azalır. Müxtəlif dərman vasitələri ilə bu problemlərin qarşısını almaq mümkün olsa da, bunun asan, əlçatan və təbii üsulları da var.

Son.az bildirir ki, AZƏRTAC-a bu barədə həkim-fitoterapevt Ulduz Hüseynova məlumat verib.

Həkim göz yorğunluğunu və görmə zəifliyini aradan qaldırmaq üçün məsləhət gördüyü ən sadə üsullar haqqında danışıb: "Bunun üçün 1 xörək qaşığı zirə meyvəsi, 1 çay qaşığı göyçiçək çiçəyi və 1 çay qaşığı bağayarpağı yarpaqları buxara verilir, alınan damcılar gündə 3-5 dəfə gözlərə damızdırılır.

Aptek çobanyastığı və gülümbahar çiçəkləri qarışığından 3 xörək qaşığının üzərinə 1 stəkan qaynar su əlavə edilir, 15-20 dəqiqə dəmdə qalandan sonra həmin dəmləmə ilə gözlərə islatma qoyulur və ya yuyulur.

Bir qədər təmiz bal isti suda həll edilib gözə damızdırılır.

Cəfəri yarpaqları horra şəklinə salınaraq tənzifin içərisinə yığılır və 15-20 dəqiqə gözlərin üzərinə islatma qoyulur. Proseduru gün ərzində bir neçə dəfə təkrarlamaq olar.