Alimlər özünü bərpa edən material hazırlayıblar


Digərləri 12 Okt 2018 23:21:00 198 0

Alimlər özünü bərpa edən material hazırlayıblar

Massaçusets Texnologiya İnstitutunun mütəxəssisləri havadakı karbon dioksid qazı ilə reaksiyaya girərək böyümək, bərkimək və özünü bərpa etmək qabiliyyətinə malik yeni maddə hazırlayıblar.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, materialın əsas üstünlüyü onun həm təbii, həm də süni işığın təsiri ilə özünü bərpa etməsidir. Tədqiqatçılar bildirirlər ki, maddə sintetik gel kimidir və onun istehsalı üçün qazıntı materiallarının istifadəsi tələb olunmur.