"Maykl" 13 nəfəri öldürüb


Dünya 12 Okt 2018 23:01:00 260 0

"Maykl" 13 nəfəri öldürüb

ABŞ-ın cənub-şərqində tüğyan edən "Maykl" tropik qasırğasından ölənlərin sayı 13 nəfərə çatıb.

Son.az "report"-a istinadən bildirir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Məlumata görə, qasırğa və onun səbəb olduğu daşqınlar nəticəsində ölkənin 4 ştatında - Virciniyada 6, Floridada 4, Şimali Karolinada 3 nəfər həyatını itirib. Bildirilir ki, təbii hadisə Kaliforniyaya 4,5 milyard dollar zərər vurub. Qasırğa Hərbi Hava Qüvvələrinin Floridadakı bazasına da ciddi ziyan vurub.