Uşağa yumurtanı neçə aydan vermək olar?


Digərləri 12 Okt 2018 22:55:00 294 0

Uşağa yumurtanı neçə aydan vermək olar?

Yumurta çox qiymətli məhsuldur. Yumurta bir çox vitamin və minerallar, əvəzolunmaz amin turşuları və digər faydalı maddələrlə zəngindir.

Yumurta orqanizm tərəfindən demək olar tam mənimsənilir.

Əvvəllər belə hesab olunurdu ki, yumurta orqanizmdə xolesterinin səviyyəsini qaldırır. Lakin son araşdırmalar bunun doğru olmadığını təsdiq edib.

Son.az saglamolun.az-a istinadən bildirir ki, müasir pediatrlar yumurtanı uşağa 6 aydan sonra verməyə icazə verir. Əvvəl yumurtanın sarısı, 1 yaşa yaxın isə yumurtanın ağı verilə bilər. Yumurta sarısının 1/4 hissəsindən başlayın,  sonra yarısını, sonra bütöv şəkildə verin.