Bu qidalar xolesterolu stabilləşdirir SİYAHI


Digərləri 12 Okt 2018 22:40:00 208 0

Bu qidalar xolesterolu stabilləşdirir  SİYAHI

Xolesterolu stabilləşdirmək üçün qidalanmaya fikir vermək lazımdır.

Son.az "ölkə.az"-a istinadən bildirir ki, ispanaq və bəzi yaşıl yarpaqlı tərəvəzlər, yağlı balıq, şokolad və avokado bu işdə sizə kömək olar.

Düzgün qidalanmamaq xolesterolun səviyyəsinin artmasına səbəb olur. Xolesterolu stabilləşdirmək üçün qəbul edilən qidalara diqqət etmək və xolesterolun səviyyəsini aşağı salmaq mümkündür. Ümumi olaraq xolesterolun simptomu yoxdur və gizli şəkildə üzə çıxır. Bu isə ürək problemləri ilə nəticələnir.

Xolesterol səviyyəsinin yüksək olmasının ümumi xüsusiyyətləri hərəkətsiz həyat tərzi, sağlam qidalanmamaq, stres və çəki problemidir.  Xolesterolu aşağı salmaq üçün bu qidalar sizə kömək edər:

İspanaq

İspanaq və bəzi yaşıl yarpaqlı tərəvəzlərin tərkibində olan lutein piqmenti xolesterol və trigliseridləri azaldır. İspanağın tərkibində eyni zamanda E vitamini də var və bu vitamin anti oksidant sayılır.

Badımcan

Badımcan liflə çox zəngindir. Tərkibində yağ və xolesterolun miqdarı az olduğu üçün arıqlamaq istəyənlər və köklük problemi olan insanlar üçün yaxşı qidadır. Lif eyni zamanda qrelin ifrazının da qarşısını alır. Bu hormon bizə acdığımızı bildirir. Badımcan iştahı azaldır,  həddən artıq yemək qəbul istəyini azaldır. Bu isə kökəlməyin qarşısını alır.

Qarağat

Qarağatın faydalarını saymaqla bitməz. Qarağat eyni zamanda damarların tıxanmasına səbəb olan xolesterolun miqdarını azaldır. 

Qara şokolad