Yerevan sammitinin iflası: "Bu təşkilat ölüdür" VİDEO


Dünya 12 Okt 2018 22:25:00 264 0

Yerevan sammitinin iflası: "Bu təşkilat ölüdür"  VİDEO

17-ci Beynəlxalq Frankofoniya Təşkilatının sammitinin uğursuzluğa düçar oldu.

Son.az bildirir ki, məramı humanizm, rəngarənglik və sülh kimi beynəlxalq dəyərlərlər olan təşkilatın, növbəti sammitini Ermənistanda keçirməsi əslində uğursuzluğun ilk siqnalı idi. Çünki Ermənistan bir dövlət kimi bu dəyərlərə nəyinki hörmət etməyib əksinə, terroru dəstəkləyib, etnik təmizləmə siyasəti yürüdüb, hətta 20 əsrin ən böyük tarixi cinayətlərindən olan Xocalı soyqırımını törədib. İşğalçılıq siyasətini davam etdirməklə bu dövlət bu gün belə bir sammitə təşkilatçılıq etməyə mənəvi haqqı çatmırdı.

Keçirildiyi məkanın ruhu deyəsən sammitin gedişinə təsirsiz ötüşməyib. Belə ki tədbir Fransa Prezidenti Emmanuel Makron ilə Kanada Baş naziri Castin Tridönün arasında Frankofoniyaya rəhbərlik uğrunda gərgin mübarizə meydanına çevrilib. Politoloq bildirir ki, burada əsas məqsəd heç də sözügedən dəyərlərin təbliği yox təşkilata üzv dövlətləri nüfuz dairəsində saxlamaqdır.

Təşkilatın düşdüyü vəziyyəti isə ən çılpaq formada qurumun baş katibinin sözləri ifadə edir. Baş katibi Mişel Jan da Frankofoniyanı ölü təşkilat adlandırıb. O, sammitin açılışı zamanı etdiyi çıxışında təşkilat barədə tənqidi açıqlamalar verib.