Piyada nişanı var, amma yerdə zolaq yoxdur VİDEO


Digərləri 12 Okt 2018 22:30:00 237 0

Piyada nişanı var, amma yerdə zolaq yoxdur  VİDEO

İllər əvvəl yola çəkilmiş piyada zolağı silinib, yenisi isə çəkilmir. Bura Gəncənin Şah ismayıl Xətai prospektidir.

Son.az bildirir ki, piyadalar yolu yenə həmin ərazidən keçdiklərindən bir çox hallarda avtomobillər onlara yol vermir və təhlükəli vəziyyət yaranır.

Ərazidə piyada keçidinin olduğuna dair yol nişanının qoyulması da təhlükəni azaltmır. Bəzi sürücülər nişanın tələbinə əməl etmədikləri üçün həmin yolda hətta xəsarətlə nəticələnən piyadavurma hadisəsi də qeydə alınıb.

Vəziyyətin bu cür olması elə sürücüləri də narahat edir. Piyada zolağı haqda əvvəldən məlumatlı olanlar yolu keçənləri nəzərə alırlar. Digər sürücülər isə daha çox yerdə piyada zolağının olmamasını əsas götürürlər.