Xoşbəxt münasibətlərin əsas əlaməti nədir? Alimlər açıqladı


Digərləri 12 Okt 2018 22:34:00 266 0

Xoşbəxt münasibətlərin əsas əlaməti nədir?  Alimlər açıqladı

Kaliforniya universitetinin mütəxəssisləri xoşbəxt və uğurlu münasibətlərin əsas əlamətini açıqlayıblar.

Son.az "ölkə.az"-a istinadən bildirir ki, alimlərin fikrinə əsasən, partnyorların danışıq əsnasında "biz" şəxs əvəzliyindən istifadə etməsi uğurlu və xoşbəxt münasibətlərin əsas amilidir.

Tədqiqat aparan alimlərdən biri, Meqan Robbins bildirib ki, "biz" şəxs əvəzliyi insanların sıx münasibətlərindən xəbər verir. Bu münasibətlər eqoizmə məruz qalmayıb və tərəflər partnyorluğu daha da inkişaf etdirməyə can atırlar.