İnsan qanı içən vampir: "Mən Qraf Drakulanın sələfiyəm" FOTO


Digərləri 12 Okt 2018 22:16:00 321 0

İnsan qanı içən vampir: "Mən Qraf Drakulanın sələfiyəm"  FOTO

Rumıniya sakini Andreas Batori vampirlərin təkcə əfsanədə yox, real həyatda da olduğunu bildirir.

Son.az "ölkə.az"-a istinadən bildirir ki, Andreas özünü əsl vampir hesab edir. O, bildirir ki, Drakula ləqəbli Vlad Tsepeşin varisidir. Andreas özünü Lord adlandırır və bir neçə yüz il əvvəl Drakulanın yaşadığı qəsrin yanında yaşayır. Bu qəsr turistlərin maraq obyektidir.

"Dörd il əvvəl Vlad yuxuma girdi. O, qara paltarda idi və mənə oğlum deyə xitab etdi. Mən inanmıram ki, birbaşa onun sələfiyəm. Amma düşünürəm ki, Vlad məni seçib və onun ənənələrini davam etdirməyimi istəyir", - deyə Andreas bildirir.

Batori çox güman ki, uydurma soyaddır. Yəqin ki, orta əsrlərdə yaşamış macar qrafinya Batorinin şərəfinə götürülüb. Qrafinya gənc qızlara işgəncə verir, onları öldürür, qanlarını içir və qan vannası qəbul edirdi.

Andreas o gecədən sonra Vladın öldürüldüyü yerdə qurban kəsib: "Bundan sonra yenə də yuxuma girdi və dedi ki, bundan sonra həyatım tamamilə dəyişəcək".


Xəbərə aid fotolar