"Anamın göz yaşlarını unutmuram" Keçmişdəki mən FOTO


Digərləri 12 Okt 2018 22:05:00 306 0

"Anamın göz yaşlarını unutmuram"  Keçmişdəki mən  FOTO

Mərahim Fərzəlibəyov: "Yaxşı oxumadığım üçün sinifdə qaldım" 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Qismətə inanır. Deyir ki, istər şəxsi həyatında, istərsə də karyerasında o qədər nüanslar olub ki, onları Allahın hədiyyəsi hesab edir. Çətinliklərdən qorxmur. "Bir qapı bağlanırsa, digəri mütləq açılır" prinsipi ilə hərəkət edir. Ən çətin günündə belə, işıq axtarır və o işığa doğru gedir. Müsahibimiz Xalq artisti, rejissor Mərahim Fərzəlibəyovdur.

Qeyd edək ki, M.Fərzəlibəyov 1949-cu ildə Bakıda anadan olub. Ali təhsilini Sankt-Peterburqda Dövlət Teatr, Musiqi Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsində alıb. Müəllimi dünya şöhrətli rejissor Georgi Tovstonoqovdan ixtisasının incəliklərini öyrənib. İnstitutda təhsilini başa vurandan sonra təyinatı Çeçenistan Muxtar Respublikasının paytaxtı Qroznı şəhərindəki Mixail Lermontov adına Dövlət Rus Dram Teatrına verilib. Sonra Sumqayıt Dövlət Dram Teatrında baş rejissor işləyib. Azərbaycan Mədəniyyət Nazirliyinin əmri ilə Akademik Milli Dram Teatrına rejissor təyin olunub. Burada əsasən, çağdaş Azərbaycan dramaturqlarının, həmçinin dünya klassiklərinin əsərlərinə müxtəlif janrlarda səhnə quruluşları verib.  

"Uşaqlar məni özlərindən uzaqlaşdırdı"

Uşaqlıq illərindən danışanda köks ötürür. Deyir ki, insan yaşa dolduqca, ömrün qayğısız illərini tez-tez xatırlayır: "Ailəm Bakıda yaşasa da, hər yay Şəkiyə, baba yurduma gedirdim. Həmin yaşıllıq hələ də gözümün önündədir. Yadımdadır, 3 təkərli velosipedim var idi, bir dəfə o qədər pis yıxılmışdım ki, xatırlayanda o ağrını bu gün də hiss edirəm. 12 yaşıma qədər Şəkidə pioner düşərgəsinə gedirdim. Oğlanların ən sevdiyi oyun futbol olsa da, mənə maraqlı gəlmirdi. Amma oynamaq xatirinə uşaqlara qoşulurdum. Özüm də bilmirdim ki, niyə məndə futbola maraq oyanmır. Sonra fikirləşdim ki, qapıçı olum. Onda da topları buraxırdım. Yaxşı oynaya bilmədiyimə görə, uşaqlar məni özlərindən uzaqlaşdırdı".

Deyir ki, ən sevdiyi məşğuliyyəti kitab dükanlarını gəzmək olub: "Həmişə çalışırdım ki, kitab almasam belə, dükanları ziyarət edim. Kitab oxumağı çox sevirdim. Kitab oxumaq mənim üçün futboldan da, digər dəcəlliklərdən də maraqlı idi. Yay mövsümünü demək olar ki, yaşıllıq qoynunda bədii əsərlər oxumaqla başa vururdum".  

"Pioner qalstukum ütülü qaldı"

Bədii ədəbiyyata marağı olsa da, məktəbdə oxumaqla arası olmayıb. Hətta 10-a qədər saya bilmədiyi üçün birinci sinfə bir il gec edib: "Birinci il imtahanda 10-a qədər saymağımı istədilər. 7-dən o tərəfə saya bilmədim. Mənə dedilər ki, get öyrən və məni məktəbə götürmədilər. Növbəti il öyrənib getdim. Yaşıdlarım ikinci sinifdə oxuyarkən, mən birinci sinfə qəbul oldum. Amma bundan da biabırçı hadisə 2 il sonra baş verdi".


Xəbərə aid fotolar