DİQQƏT: Bu xəstəliklərin sayı sürətlə artır


Digərləri 12 Okt 2018 21:53:00 229 0

DİQQƏT: Bu xəstəliklərin sayı sürətlə artır

Dünyada bütün ölkələrdə psixi xəstəliklərin sayında artım müşahidə edilir. Bu pozuntuların iqtisadiyyata vuracağı ziyanın trilyon dollarları aşacağı bildirilir.

Son.az xəbər verir ki, bu barədə psixiatriya, nevroloji xəstəliklərlə məşğul olan 28 mərkəz və qruplar tərəfindən hazırlanan Lancet Komissiyasının hesabatında bildirilib.

Hesabatı hazırlayanlardan Harvar Tibb Məktəbinin professoru Vikram Patel psixoloji problemlərin artmasının cəmiyyət və iqtisadiyyata ciddi təsir edəcəyini vurğulayıb.

Patel son 25 ildə cəmiyyətdə yaşlı təbəqənin artmasının psixi xəstəliklərin də nəzərəçarpacaq şəkildə irəlilədiyini bildirib.