"Onların yeri cəhənnəmdir" Tərəzidə kələk gələn satıcılar VİDEO FOTO


Digərləri 12 Okt 2018 21:36:00 265 0

"Onların yeri cəhənnəmdir"  Tərəzidə kələk gələn satıcılar  VİDEO  FOTO

Tərəzinin necə olmasından asılı olmayaraq bəzi satıcıların beyinləri nəyisə icad etməyə o qədər "yaxşı" işləyir ki, istənilən tərəziyə müdaxilə edərək çəkini çox göstərə bilirlər.

Son.az ARB TV-yə istinadən xəbər verir ki, bəzi satıcılar satdığı malı ucuz qiymətə qoymaqla müştərini cəlb edir, ancaq çəkidə kələk gəlirlər.

Bu cür satıcıların kələyinə tuş gəlməmək üçün nə etmək lazımdır?

Mağazadan 1 manata "1 kiloqram" armud aldıq. Sonradan yoxladıq və çəki 800 qram göstərdi. Həmin satıcının yanına qayıdıb bunun səbəbini öyrəndik.

Satıcı: "800 qram həyatı boyu ola bilməz. Bu 990 qram oldu. Heç kimin tərəzisinə səhv demirəm amma mənim tərəzim də düzdür".

Belə satıcılar məhsulun qiymətini ucuz göstərməklə müştəri cəlb edir, əvəzində isə gün ərzində onlarla müştəriyə hər kiloqramda 50, 100, 200 qram əskik mal satır. Bu cür hadisələrə daha çox küçə ticarətində ras gəlmək olur.   Alıcı: "O dükanda həmişə aldadırlar. Alıb, aldanmışam, daha almıram".

Alıcı: "Nə edim? Buradan durub evə getmişəm, bir də qayıdası deyiləm ki?"

Alıcı: "Belə şeylərin dərinliyinə getmirik, çünki, sübut eləmək olmur onlara".


Xəbərə aid fotolar