Küçədə arvadını öldürən şəxs: "Benzini üzünə tökdüm və yandırdım"
Digərləri 12 Okt 2018 21:24:00 213 0
Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını yandıraraq öldürməkdə təqsirləndirilən Məsud Müzəffərovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Son.az Trend-ə istinadən bildirir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
İttihama münasibət bildirən təqsirləndirilən şəxs qeyd edib ki, keçmiş arvadı başqa şəxslə ona xəyanət edib:
"Sosial şəbəkədə də kiminləsə danışırdı. Araşdırdım və həmin adamı da tapdım. Sonra boşanmaq üçün məhkəməyə müraciət etdim və boşandıq. Onu öldürmək istəmirdim. Lakin ondan bu hərəkəti niyə etdiyini öyrənmək istədim. Benzin alıb, onun işlədiyi yerə getdim. Məqsədim benzini onun üzərinə töküb sifətini yandırmaq idi ki, tanınmaz hala düşsün. Mağazaya girib benzini üzünə tökdüm və onu yandırdım. Həmin zaman polisin gələcəyini düşündüm və oradan uzaqlaşdım".
Mənbə: milli.az