"Emmi" mükafatının sahibi çəkiliş zamanı eyvandan yıxılaraq ölüb


Digərləri 12 Okt 2018 21:27:00 249 0

"Emmi" mükafatının sahibi çəkiliş zamanı eyvandan yıxılaraq ölüb

Nüfuzlu "Emmi" mükafatının sahibi olan Ceyms Emsviller "Dostumsan" filminin çəkilişləri zamanı ölüb.

Son.az "report"-a istinadən bildirir ki, Pitsburq şəhərindəki çəkilişlər zamanı siqaret çəkmək üçün eyvana çıxan 61 yaşlı işıqçı oradan aşağı yıxılıb. C.Emsviller dərhal xəstəxanaya çatdırılıb, lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.