Ayrılıq Muradı depressiyaya salıb


Digərləri 12 Okt 2018 21:30:00 279 0

Ayrılıq Muradı depressiyaya salıb

Ani Lorak və həyat yoldaşı Murad Nalçioğlu boşanması ilə bağlı mediaya heç bir açıqlama vermir. 

Son.az axşam.az-a istinadən bildirir ki, bu günlərdə isə Ani rəsmi olaraq məhkəməyə boşanma ərizəsini təqdim edib. Müğənni ərinin xəyanəti bağışlamağı düşünmür. 

Yaxınları Muradın ayrılıqdan sonra depressiyaya düşdüyünü deyib. İş adamı özü də sosial şəbəkədə bunu təsdiqləyiv. O, izləyicisinin sualına "Hər birimizə depressiyadan xilas olmaq üçün çıxış yolu lazımdır. Ancaq bundan sonra yeni güc tapa bilərik. Arzularımızın arxasınca gedə bilərik" deyə, cavab verib.