Badamdardakı sürüşmənin əhatə dairəsinə düşən ərazinin xəritəsi Nazirlər Kabinetinə təqdim edilib (ÖZƏL)


Digərləri 12 Okt 2018 21:05:00 239 0

Badamdardakı sürüşmənin əhatə dairəsinə düşən ərazinin xəritəsi Nazirlər Kabinetinə təqdim edilib (ÖZƏL)

Bakının Səbail rayonunda, Badamdar-20-ci sahə yolunda baş vermiş sürüşmənin əhatə dairəsinə düşən ərazinin xəritəsi hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib.

Bakı. İlhamə İsabalayeva - Bakının Səbail rayonunda, Badamdar - 20-ci sahə yolunda baş vermiş sürüşmənin əhatə dairəsinə düşən ərazinin xəritəsi hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib. Bunu Trend-ə özəl olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib. Ə.Qaralovun sözlərinə görə, sürüşmənin əhatə dairəsinə sürüşmə ərazisinin yuxarı qaşında (istinad divarının yuxarı hissəsində) yerləşən 11 fərdi yaşayış evi və 20-ci sahə-Badamdar yolunda yerləşən iki iaşə obyekti düşüb: "Evlərə və obyektlərə ziyan dəyməsə də, onlar sürüşmənin əhatə dairəsinə düşüblər. Buna görə də həmin tikililər hər zaman sürüşmədən ziyan çəkə bilərlər".